Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda mobil qurğular bazarında artım davam edir
"Global Stats" statistika mərkəzinin hesabatına əsasən, Azərbaycanda son bir il ərzində daşınan (portativ) kompüter bazarının həcmi iki dəfəyədək artıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, hazırda mobil qurğular bazarının payı 41,55 faiz təşkil edir. Son bir ildə bazarın bu seqmentinin 46,9 faiz, son bir ayda isə 5,6 faiz artımı müşahidə olunub.
Planşet kompüterlər bu reytinqdə 5,85 faiz bazar payı ilə üçüncü yeri tuturlar. Belə ki, son bir ildə planşet qurğular seqmenti 39,3 faiz artıb.
Stasionar fərdi kompüter bazarının payı isə 29,3 faiz azalaraq 52,6 faiz təşkil edib.
Aynur Vəliyeva
29/12/14 Çap et