Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2015-ci ildə böyükölçülü televizorların dünya bazarında payı 55 faiz təşkil edəcək


Tayvanın “MIC” (Market Intelligence & Consulting Institute) elmi tədqiqat institutunda işləyən ekspertlərin proqnozuna görə, 2015-ci ildə “UHD” və ya “4K” formatlı televizorların nüfuzetmə səviyyəsi dünya bazarında iki dəfə artaraq təxminən 13,3 faiz təşkil edəcək.
 
Ötən il bu göstərici 6.2 faiz olub. “4K” formatlı televizorların populyarlaşması bu qurğuların satış qiymətinin azalmasına səbəb olacaq.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, həmçinin növbəti ildə böyükölçülü modellərə tələbatın artacağı gözlənilir. Mütəxəssislərin qiymətləndirməsinə görə, 2015-ci ildə tədarük edilmiş televizorların təxminən 55 faizində ekranların diaqonalı  40 və daha yüksək olacaq.
 
 
Bununla belə, inkişaf etməkdə olan bazarlarda (Çin istisna olmaqla) daha yığcam modellər televizor bazarının artım qüvvəsi olaraq qalır. Mütəxəssislər izah edirlər ki, bu, belə ölkələrdə istehlakçıların daha aşağı alıcılıq qabiliyyəti ilə bağlıdır.
 
Emil Hüseynov
 
 




30/12/14    Çap et