Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində “Gmail” elektron poçtuna giriş yenidən əlçatandır


"The Financial Times" (FT) qəzeti yazır ki, Çin istifadəçiləri "Google" şirkətinin "Gmail" elektron poçt xidmətinə yenidən giriş əldə ediblər.
 
Məlumata görə, "Google"un elektron poçtu yenidən əlçatan olsa da, bəzi istifadəçilər məktubların gəlməsində ləngimə müşahidə edib.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "FT" nəşrinin ekspertləri hesab edirlər ki, xidmətin blokdan çıxarılması müvəqqətidir.
 
Xatırladaq ki, "Gmail" elektron poçtu Çində dekabrın 26-da bloklanıb.
 
 
Son illərdə Çin hakimiyyəti tez-tez "Google" kimi xarici onlayn resurslara girişi məhdudlaşdırmağa başlayıb.
Bundan əvvəl, Çində "Facebook", "Twitter" və "Youtube" əlçatmaz olub.
 
Emil Hüseynov




05/01/15    Çap et