Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gözün qüzehi qişasını skan edən yeni smartfon nümayiş etdirilib


Kənar şəxslərdən qorumaq üçün barmaq izi və ya rəqəmli parol əvəzinə gözün qüzehli qişasının skan edilməsindən istifadə edən ilk smartfon nümayiş etdirilib. Xüsusi ötürücü yalnız ona baxmaqla telefonu blokdan çıxarmağa imkan verəcək.
 
"ICTnews" elektron xəbər xidməti “dni.ru” saytına istinadən bildirir ki, monitor, proyektor və televizor sahəsində tanınan “ViewSonic” şirkəti belə cihaz buraxmağa hazırlaşırlar. Ola bilsin ki, yeni həll sözügedən şirkətə yeni bazarı fəth etməyə imkan verəcək. Yeni smartfon “ViewSonic V55” adlanır və istifadəçini gözün qüzehi qişası üzrə identifikasiya edən “Iris Recognition Technology” skaneri ilə təchiz edilib.
 
Qüzehi qişanın skaneri smartfonun yuxarı hissəsində yerləşib və örtüklə örtülüb. Skaneri işə salmaq üçün bu örtüyü açmaq kifayətdir ki, telefon sahibini tanısın və qorunan sənədlərə giriş imkanı yaratsın.
 
Smartfon 1920x1080 piksel təsvir ölçülü 5,5 düymlük ekran, 1.4 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 410” prosessoru və 2 QB əməli yaddaşla təchiz olunub. Modifikasiyadan asılı olaraq 16 və ya 32 QB-lıq yaddaş təklif edilir. Cihaz 2015-ci ilin əvvəlində satışa çıxarılmalıdır.
 
Emil Hüseynov
 
 
 
 




05/01/15    Çap et