Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
MTRŞ 4 teleradionun lisenziya müddətinin 6 il uzadılması barədə qərar qəbul edib
Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan verilən xəbərə görə, iclasda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) televiziya, radio və əlavə informasiya yayımı, “BURC FM LTD” MMC-nin radio yayımı, “Kəpəz Müstəqil Teleradio Şirkəti” MMC-nin regional televiziya yayımı və “DİGİCOM” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.
Qurum “Televiziya və radio yayımı haqqında” qanunun 22.3-cü maddəsinin tələblərini rəhbər tutaraq “Azərbaycan Televiziya və Radio Verilişləri” AvTV-nin televiziya, radio və əlavə informasiya yayımı, “BURC FM LTD” MMC-nin radio yayımı, “Kəpəz Müstəqil Teleradio Şirkəti” MMC-nin regional televiziya yayımı, “DİGİCOM” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.
03/09/11 Çap et