Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hindistan hakimiyyəti 30-dan çox saytı bloklayıb


Hindistan hakimiyyəti ötən ilin sonunda ölkədə çox populyar olan 32 saytı bloklamaqla bağlı qərar qəbul edib. Sözügedən saytların bloklanması onlarda Hindistan əleyhinə materialların yerləşdirilməsi ilə izah edilib.
 
"ICTnews" elektron xəbər xidməti “svopi.ru” saytına istinadən bildirir ki, internet provayderləri və mobil operatorlar artıq “DailyMotion”, “GitHub”, “Internet Archive” kimi başqa saytlara girişi bağlayıblar. Abunəçilər üçün 32 internet saytına giriş məhdudlaşdırılıb.
 
İstintaqla əməkdaşlıq edərək ifadə verəcək saytlar, çox güman ki, blokdan çıxarılacaq.
 
Emil Hüseynov
 
 




05/01/15    Çap et