Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mark Zukerberq “Facebook”da kitab klubu yaradıb


Mark Zukerberq “Facebook” səhifəsində bildirib ki, 2015-ci ildə hər iki həftədə bir kitab oxuyacağını bildirib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən,  o, həmçinin istənilən istifadəçini bu “yeni il vədinə” qoşulmağı təklif edib.

“Facebook” yaradıcısı qeyd edib ki, onu seçdiyi kitablar müxtəlif mədəniyyətlərə, tarixə və texnologiyalara həsr olunacaq. Zukerberq “A year of books” səhifəsində  oxuduğu kitab haqda yazacaq, istifadəçilər isə bu əsər haqda öz fikirlərini şərhlərdə bölüşə biləcəklər.

İlk kitab kimi Zukerberq Moyzes Naimin “Hakimiyyətin sonu” əsərini seçib. Kitabın müəllifi  “Foreign Policy” jurnalının  keçmiş redaktoru və Venesuelanın keçmiş iqtisadiyyat naziridir.



“Yeni vədi” seçmək üçün dekabrın 31-də Zukerberq “Facebook” istifadəçiləri arasında sorğu keçirib və sonda 50 minədək təklif toplanıb. 
 
Zukerberq ötən il şimali Çin dilini öyrənmək, hər gün yeni bir insanla tanış olmaq, hər gün dünyanı daha yaxşı edən bir insana məktub yazmaq, ət yeməmək və yalnız özü öldürdüyü heyvanın ətini yemək, hər gün qalstuk taxmaqla bağlı verdiyi “vədlər” haqda məlumat verib.
 
Aynur Vəliyeva 
 




05/01/15    Çap et