Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qadınlar “Facebook” sosial şəbəkəsində reklama tez-tez keçid edirlər
Hal-hazırda “Facebook” sosial şəbəkəsində istifadəçilərin sayı 750 milyonu ötüb. Belə böyük istifadəçi bazası təbii ki, statistikanı təhlil edən müxtəlif marketinq agentliklərini və elan verənləri cəlb edir.
Belə agentliklərdən biri, “Social Code”, “Facebook”da reklamın analizini və onun istifadəçilərə təsirini dərc edib. “AllFacebook”un məlumatına görə, tədqiqat 10 ay davam edib.
Agentlik reklama və “Like” düyməsinə sıxma tezliyini araşdırıb. Sonra isə istifadəçilərin cins və yaş qrupları üzrə məlumatları təhlil edilib. Nəticəyə əsasən, yaşı 50-dən yuxarı olan insanlar 18-29 yaş arasında olanlardan fərqli olaraq reklama daha tez-tez keçid edirlər. Yaşı 50-dən yuxarı qadınlarda isə bu göstərici gənclər ilə müqayisədə daha çox, 31,2%-dir. Maraqlıdır ki, cavan insanlar arasında kişilər "Like" düyməsinə qadınlara nisbətən 2,2% daha çox sıxırlar.
03/09/11 Çap et