Çində ilk internet bankı fəaliyyətə başlayıb
Çinin özəl “Tencent” investisiya şirkəti ölkədə “WeBank” adlı ilk internet bankını yaradıb.
Onlayn məkanda maliyyə institutunun yaradılması təşəbbüsü bank xidmətlərini, o cümlədən kreditləşməni bank xidmətləri ilə əhatə olunmayan geniş istehlakçı kütləsi üçün istifadəni daha rahat etməklə əlaqədardır. Bundan başqa, internet bankı borcdan istifadə edən kiçik biznesin fəaliyyətini asanlaşdıracaq.
Bu vaxtadək kiçik sahibkarlar sərf etməyən şərtlər əsasında dövlət kreditorlarının xidmətlərindən istifadə etməyə məcbur olmaqla ölkənin iqtisadi artımının xeyli hissəsini təmin edirdilər.
Bundan əlavə, təşəbbüs Çin hökumətinin dövlət banklarının ölkə iqtisadiyyatı üzərində nəzarətinin azaldılması və maliyyə islahatlarının davam etdirilməsi üzrə planının tərkib hissəsidir.
Bankın bütün xidmətləri bilavasitə onlayn məkanda cəmləşib. Bu, üzün tanınması texnologiyası və potensial borcalanın kredit uçot tarixçəsi sayəsində mümkün olub.
İnternet bankı artıq 35 min yuan (5,6 min dollar) məbləğində ilk kreditini ayırıb, - "
Рayspacemagazine” yazır.