Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda nağdsız ödənişlər və elektron bankçılığın miqyası genişləndiriləcək
Azərbaycanda nağdsız ödənişlər və elektron bankçılığın miqyası genişləndiriləcək.
Bu tədbir dövlətin bank siyasətinin növbəti ildə əsas hədəflərindən biridir. 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri ilə bağlı bəyanatını yayan Mərkəzi Bankdan (MB) bildirilib ki, hesabat ilində iqtisadi subyektlərin maliyyə xidmətlərinə çıxış imkanlarının genişlənməsi davam edib, maliyyə infrastrukturundan istifadə səviyyəsi yüksəlib:
“Hər 100 min nəfərə düşən bank xidməti nöqtələrinin sayı 10-a çatıb. Əhaliyə maliyyə xidmətləri göstərən “Azərpoçt”un filialları nəzərə alınmaqla bu göstərici 20 təşkil edir. Həmçinin 2014-cü ildə Maliyyə savadlığının artırılması üzrə müxtəlif intellektual resurslardan ibarət “Maliyyə Maarifləndirilməsi Portalı”nın yaradılması tamamlanıb. Müvəkkil banklar, sığorta şirkətləri, qiymətləndiricilər və İpoteka Fondu arasında “Elektron ipoteka”nın tətbiqinə başlanılıb”.
Həqiqət İSABALAYEVA
06/01/15 Çap et