Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“HTC” şirkəti yeni ucuz smartfonunu nümayiş etdirib
Tayvanın "HTC" şirkəti "CES 2014" sərgisinin rəsmi açılışı ərəfəsində keçirilmiş xüsusi tədbirdə yeni "Desire 320" ucuz smartfonunu nümayiş etdirib.
Yeni qurğu "FWVGA" (854x480 nöqtə) təsvir ölçülü 4,5 düym diaqonallı ekran, 1,3 QHs takt tezlikli adsız dördnüvəli prosessorla təchiz edilib. Əməli yaddaşın həcmi region və ya ölkədən asılı olaraq 512 MB və ya 1 QB, fləş daşıyıcının həcmi 4 və ya 8 QB təşkil edəcək. "MicroSD" yaddaş kartı üçün slot quraşdırılıb.
"ICTnews" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, qurğu, həmçinin videoçarxların çəkilişini 1080p formatında təmin edən 5 meqapiksellik arxa və 0.3 meqapiksellik ön kameralarla, "Wi-Fi b/g/n" və "Bluetooth 4.0" adapterləri və "GPS" peyk naviqasiya qəbuledicisi ilə təchiz edilib.
Akkumulyator batareyasının tutumu 2100 milliamper/saat təşkil edir. İstehsalçının məlumatına görə, akkumulyatorun tam şarjı qurğunun danışıq rejimində (3G) 12 saat, gözləmə rejimində isə 690 saat işləməsinə imkan verir.
"Desire 320" smartfonunda "Micro SIM" formatlı SİM kartlar istifadə olunur. Smartfon "GSM/GPRS/EDGE" (850/900/1800/1900 MHs) və "UMTS/HSPA" (850/1900 MHs) şəbəkələrində işləmək üçün nəzərdə tutulub. Bundan başqa, aparat "HSPA+" texnologiyasını dəstəkləyir, ona görə məlumatların maksimal ötürülmə sürəti 21 Mbit/s-yə çatır.
Smartfon "Android" platformasının "4.4.2(KitKat)" versiyası ilə işləyəcək. Qurğunun ölçüləri 132x67,79x10,5 mm, çəkisi 145 qram təşkil edir.
"HTC Desire 320" smartfonu Böyük Britaniyada və ehtimal ki, dünyanın bir çox başqa ölkələrində satılacaq. Artıq Kanadada ilkin sifariş üçün əlçatandır, satış qiyməti 99 dollar təşkil edir.
Emil Hüseynov
06/01/15 Çap et