Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın turizm informasiya mərkəzlərinin internet resursları yenidən hazırlanır
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə turizm informasiya mərkəzlərinin saytları yenidən hazırlanır. Nazirlikdən verilən məlumata görə, internet resurslar müxtəlif dillərdə turistlərin xidmətinə verilir.
Mərkəzlərin əsas məqsədi regionda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunması, onun fəaliyyəti nəticəsində informasiya texnologiyaları vasitəsi ilə ölkəmizin bu regionunun turizm potensialı haqqında bütün məlumatları dünyanın hər bir nöqtəsinə çatdırmasıdır.
Artıq bu gün ölkə üzrə 9 Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərir ki, bunlar Naxçıvan Muxtar Respublikası və paytaxt Bakı ilə yanaşı, Xaçmaz, Quba, Şamaxı, Zaqatala rayonlarında, Gəncə, Şəki və Lənkəran şəhərlərində yerləşir.
Yaxın vaxtlarda isə İsmayıllı, Bərdə və Qəbələ rayonlarında mərkəzlərin açılması planlaşdırılır.
CAHANGİR
06/01/15 Çap et