Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Müəllif Hüquqları Agentliyi fəaliyyətində yeni sistemdən və nəzarət markalarından istifadə edəcək


Azərbaycan Müəllif Hüquqları Agentliyi fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində üç yeni müqavilə imzalayıb.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, agentliklə İnnovasiyalar Mərkəzi arasında 37 min manat dəyərində müqavilə imzalanıb. Müqavilə müəllif hüququ obyekti olan incəsənət və mədəniyyət əsərlərinin və digər məhsulların qorunması üçün nəzərdə tutulmuş nəzarət markalarının alınmasını ehtiva edir.

İkinci müqavilə Müəllif Hüquqları Agentliyi ilə “Assurdita” şirkəti arasında Tədris Proqramının keçirilməsini nəzərdə tutur. Bu müqavilənin ümumi dəyəri 20 min 400 manatdır.
 
Üçüncü müqavilə isə Müəllif Hüquqları Agentliyi ilə “AZərin” şirkəti arasında bağlanılıb. Ümumi dəyəri 20 min manat olan müqavilə şirkət tərəfindən agentlik üçün DRM-RHQŞİES sisteminin yaradılmasını əhatə edir.
 
Aynur Vəliyeva




06/01/15    Çap et