Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Montblanc” öz “ağıllı” saatını nümayiş etdirib
Tanınmış "Montblanc" brendi "ağıllı" daşınan cihazlar istiqamətində ilk addım atıb. Amma alman şirkəti "Android Wear" platforması ilə işləyən fitnes qolbaq və ya "ağıllı" saat deyil, əvəzində "ağıllı" funksiyalarla təchiz olunmuş klassik zərif xronometr buraxıb.
"ICTnews" elektron xəbər xidməti "macradar.ru" saytına istinadən bildirir ki, "Montblanc" şirkətinin "ağıllı saat"ı fiziki aktivlik trekeri, sensor örtüklü 0,9 düymlük ağ-qara rəngli "OLED" ekrandan ibarətdir. Bu ekran (istehsalçı onu "e-Strap" adlandırır) "iPhone" və ya başqa smartfondan fiziki aktivlik və "push" bildirişlər haqda məlumatları göstərə bilir.
Elektron məktublar, mətn mesajları, daxil olan zənglər, sosial şəbəkələrdən bildirişlər və yeniləmələr dəstəklənir. Fitnes imkanlarına gəlincə, "ağıllı" saat sərf olunmuş kalorini, qət edilmiş məsafəni və addımların sayını hesablayır.
"Find Me" funksiyası 30 metr məsafədə telefonu tapmağa kömək edəcək. "Montblanc" şirkətinin məlumatına görə, bu saat 5 günədək avtonom işləyə bilir.
"e-Strap" qayışına və smart funksiyalara malik "Montblanc" "ağıllı" saatı yaxın vaxtlarda satışa çıxarılacaq və satış qiyməti 3 min avro təşkil edəcək.
Emil Hüseynov
06/01/15 Çap et