Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ Ali Məhkəməsi rəqəmli formatlı sənədlərlə işə keçir


2016-cı ildən etibarən ABŞ Ali Məhkəməsində bütün ilkin sənədlər baxılmaq üçün rəqəmli şəkildə qəbul ediləcək.
 
Hakimlər də elektron formatda olan sənədlərlə işləyəcək. Sınaqlardan sonra bu sənəd növü əsas sənəd hesab ediləcək.
 
Bununla yanaşı, kağız sənədlərlə iş ehtiyat iş kimi saxlanılacaq. Kağız sənədlər ilk növbədə əhalinin elektron şəkildə sənəd təqdim edə bilməyən təbəqəsi ilə işləmək üçün saxlanılacaq, - "IT Expert” yazır.




07/01/15    Çap et