Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İtaliya səfər edənlər yeni viza informasiya sistemindən yararlanacaqlar
İtaliya Respublikasının Azərbaycandakı səfirliyi 29 yanvar 2015-ci il tarixindən etibarən Şengen ölkələri arasında viza məlumat mübadiləsi aparılması üçün Viza İnformasiya Sisteminin (Visa İnformation System - VİS) qüvvəyə minəcəyini açıqlayıb. Səfirlikdən APA-ya verilən məlumata görə, VİS Avropa İttifaqının azad, təhlükəsiz və ədalətli mühitin yaradılmasında apardığı önəmli təşəbbüslərdən biridir.
Yeni sistemə əsasən ilk dəfə olaraq viza sorğusu təqdim edən şəxslər şəxsən aidiyyəti ofisə müraciət etməlidirlər. Bu zaman həmin şəxsin biometrik məlumatları biometrik şəkil və barmaqların rəqəmsal izlərini götürməklə əldə edilir. 12 yaşına çatmamış azyaşlılar və fiziki olaraq barmaq izlərinin götürülməsi mümkün olmayan şəxslər bu prosedurdan azad olunur.
07/01/15 Çap et