Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“UHD Alliance” Assosiasiyası yaradılıb


Las-Veqasda keçirilən “Consumer Electronics Show 2015” (CES) istehlak elektronikası sərgisində tərkibinə “UHD” ekosisteminin inkişafında maraqlı olan aparıcı Hollivud kinostudiyalarının, istehlak elektronikası istehsalçılarının, kontent provayderlərinin və texnoloji şirkətlərin daxil olduğu “UHD Alliance” Assosiasiyasının yaradılması elan edilib.
 
Assosiasiyanın məqsədi “UHD” sənayesinə cəlb olunan bütün şirkətlər üçün vahid standartların işlənməsidir. Qurum diqqəti “4K” təsvir ölçüsü, geniş dinamik diapazon (High Dynamic Range), geniş rəng qamması (Wide Color Gamut), yüksək kadr tezliyi (High Frame Rate), geniş “3D” səs və s. kimi yeni nəsil televiziya texnologiyalarının inkişafına yönəldəcək.
 
Assosiasiyaya “Samsung Electronics” şirkəti və digər istehlak elektronikası istehsalçıları, eləcə də aparıcı kontent provayderləri, kino və televiziya sənayesinin liderləri (DIRECTV, Dolby, LG Electronics, Netflix, Panasonic Corporation, Sharp Corporation, Sony Visual Product, Technicolor, The Walt Disney Studios, Twentieth Century Fox və Warner Bros. Entertainment) daxildir, - “4PDA” yazır.




08/01/15    Çap et