Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hakerlər “Bitstamp” bitkoin birjasından beş milyon dollar oğurlayıblar
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, hakerlər “Bitstamp” bitkoin birjasının istifadəçilərindən 19 minə yaxın bitkoin mənimsəyiblər. Bu da hazırkı məzənnə ilə beş milyon dollara bərabərdir.
Birjanın saytı sındırıldığı günün səhəri işini dayandırıb ki, insidentin bütün təfərrüatları araşdırılsın və gələcəkdə belə halların qarşısı alınsın. “Bitstamp” öz müştərilərini pullarını pul cüzdanlarına köçürməyə çağırıb.
Birjanın nümayəndələri bildiriblər ki, insident “Bitstamp”ın fondlarının payının az hissəsinə toxunub və əsas vəsaitlərin təhlükəsizliyinə xələl gəlməyib.
Hazırda onlar dondurulub və insidentin nəticələri aradan qaldırıldıqdan sonra servis istifadəçilərə bütün vəsaitləri tam həcmdə qaytaracaq. Saytın rəhbərliyi həmçinin bildirib ki, servisin mühafizəsi yaxın günlər ərzində gücləndiriləcək.
Ötən il analoji insident “MTGox”un saytında baş verib. O vaxt hakerlər 850 min dollar oğurlayıblar və bundan sonra birja öz iflasını elan edərək bağlanıb.
Aynur Vəliyeva
08/01/15 Çap et