Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Erik Şmit Stiv Cobsu “Apple” şirkətinin ən yaxşı icraçı direktoru hesab edir
“Google” şirkətinin rəhbəri Erik Şmit bildirib ki, Stiv Cobs ötən 100 il ərzində “Apple” şirkətinin ən yaxşı başçısı olub.
Əvvəl “Apple” şirkətinin İdarə heyətinin üzvü olan “Google” şirkətinin rəhbəri Erik Şmit texnologiya konfransında verdiyi müsahibədə cənab Stiv Cobsu tərifləyərək qeyd edib ki, o, 100 il ərzində şirkətin ən yaxşı başçısı olub. “Cənab Cobs bu tərifə layiqdir, çünki o, “Apple” şirkətini tikib, böyük korporasiyaya çevirib və bunu bir dəfə yox, iki dəfə edib. Bu qiymət Stiv Cobsu neft maqnatı Con Rokfeller və maşın istehsalçısı Henri Ford kimi digər Amerika sənaye giqantlarının sırasına ucaldır. Səhhəti ilə bağlı davamlı problemlərə görə Stiv Cobs avqustun 24-də “Apple” şirkətinin icraçı direktor vəzifəsini tərk edib. Hal-hazırda o, şirkətin rəhbəri kimi işləməyə davam edir. Stiv Cobsun 15 il ərzində “Apple” şirkətinin direktoru vəzifəsində işləməsi nəticəsində şirkət, səhmlər bazarının hesabatına görə, Birləşmiş
Ştatların ən dəyərli şirkətinə çevrilmişdir. “Apple”, bu cəhətdən, hətta “Exxon” kimi nəhəng neft istehsalçısını qabaqlayıb. Cənab Cobsun “Apple” şirkətinin rəhbəri vəzifəsində ilkin rəhbərlik müddəti şirkətin yarandığı 1970-ci ildən 1985-ci ilədək davam edib. Bu vaxt ərzində o, “Apple” şirkətini fərdi kompyuter sənayesinin aparıcı qüvvəsinə çevirmişdir. Şirkətin gələcəyi haqqında Direktorlar şurasının iclasında baş verən mübahisədə məğlub olandan sonra Stiv Cobs tutduğu vəzifəni tərk etdi. 1997-ci ildə Stiv Cobs yenidən şirkətin icraçı direktoru təyin olunub və “iMac” fərdi kompyuter istehsalat xəttini işə salıb.
O vaxtdan cənab Cobs “iPod”, “iPad” və “iPhone” cihazlarını kompyuter və mobil cihazlar bazarlarına təqdim edib və “Apple” şirkəti üçün xeyli pul qazanıb”. Qeyd edək ki, cənab Şmit bu fikirlərini “Salesforce.com's Dreamforce” konfransı zamanı verdiyi müsahibədə bildirib.
03/09/11 Çap et