Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Delta Telecom”un DATA mərkəzində 58 faiz yerli internet mənbələri cəmləşib


“Delta Telecom” şirkətinin DATA mərkəzində “AzNET” internet mənbələrinin təxminən 58 faizi mərkəzləşdirilib.

Şirkətdən verilən məlumata görə, DATA mərkəzdə son illər ərzində Azərbaycan internet mənbələrinin qeydiyyatında artım 93,3 faiz təşkil edib.

Qeyd edək ki, “Delta Telecom”un DATA mərkəzi 2009-cu ilin oktyabr ayında işə salınmış internet mənbələrinin mühafizə edilməsi üçün ixtisaslaşdırılmış texniki meydançadır.

Mərkəzin əsas məqsədi milli mənbələrin xaricdən Azərbaycana köçürülməsidir. Bunlar arasında Azərbaycan dilində web-səhifələr və foto-video materialları özündə əks etdirən əyləncə xarakterli portallardır.

Praktika göstərir ki, mərkəzdə yerləşdirilən vəsaitlərin həcmi artdıqca Azərbaycana daxil olan beynəlxalq trafikin həcmi də azalır, eyni zamanda, çıxış trafiki artır.

Tranzit ölkələr üçün axını ödəməyə ehtiyac yoxdur, bu halda Azərbaycan ərazisində milli kontent resursların yerləşdirilməsi ilkin provayder xərcləri əhəmiyyətli dərəcədə azalda bilər.

DATA mərkəzin ən mühüm funksiyası Azərbaycan-kontent resurslarının inkişafında mühüm rol oynayan domenlərin qeydiyyatı üçün ləğv haqqının azaldılmasıdır.




05/09/11    Çap et