Bakıda “3D Print Konfrans” keçiriləcək
Bu ilin fevralın 12-də Bakıda üçölçülü çap üzrə (3D Print Conference) konfrans keçiriləcək. “Park Inn by Radisson” otelində reallaşacaq tədbirdə texnologiyanın bu sahəsi üzrə ən son nailiyyətləri nümayiş olunmaqla yanaşı, “3D Print” üzrə gözləntilər və gələcək inkişaf istiqamətlərindən söz açılacaq.
Bu barədə məlumat verən İKT üzrə ekspert Orxan Əhmədov bildirib ki, “Smile-Expo” şirkəti tərəfindən təqdim olunan “3D Print” seriyalı tədbirlər artıq Almatıda, Kiyevdə, həmçinin Moskvada da keçirildi, orada iki böyük 3D-çap sərgisi keçirilib və onun növbəti təyinat nöqtəsi Bakı olacaq: “Bakı – fəaliyyətinin müxtəlif sahələrində yenilik üçün ən perspektivli şəhərlərdən biridir. Azərbaycanın paytaxtında sürətlə yüksək texnologiyaların istehsalı artır, ixtisaslaşdırılmış elmi tədqiqat mərkəzləri yaradılır və elmi fəaliyyətləri stimullaşdıran təbdirlər həyata keçirilir. Bu hadisələrdən biri 2014-cü ildə ən sürətlə inkişaf edən 3D-çap yeni texnologiyasına həsr olunmuş konfrans olacaq. Əsas tətbiq dairəsi isə memarlıq, incəsənət, zərgərlik, tibb, kino, təhsil, nəqliyyat, yemək, əyləncədir. Qeyd edim ki, burada zamanla ayaqlaşmaq istəyən və öz məhsullarını təkmilləşdirmək istiqamətində düşünən hər kəs konfransa qoşula bilər”.
O.Əhmədov bildirib ki, sözügedən tədbir “3D print” sahəsindəki beynəlxalq təcrübənin bölüşdürülməsi, öyrənilməsi baxımından çox əhəmiyyətə malikdir. Onun sözlərinə görə, konfransda sənaye liderləri, Rusiyanın, Azərbaycanın, Türkiyənin, Avropanın və ABŞ-ın iştirakçıları müxtəlif çap texnikasını nümayiş etdirəcəklər, onların tətbiqi haqqında ətraflı danışacaqlar və ustad dərsləri keçirəcəklər: “Beynəlxalq səviyyədə təcrübə mübadiləsi – tədbirin mühüm hissəsidir. “3D Print Conference” üç dildə keçiriləcək (rus, Azərbaycan və ingilis dili).
Tədbirdə iştirak etmək üçün qeydiyyat və biletləri bu link (
http://3dprint.az/az/qeydiyyat ) vasitəsi ilə əldə etmək olar.
SEYMUR