Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda genişzolaqlı internetin yayılma səviyyəsi ilin sonuna qədər 45 faiz təşkil edəcək
İlin sonuna qədər Azərbaycanda genişzolaqlı qoşulmaların sayı 15 faiz artacaq. Bu barədə “Delta Telecom”un texniki direktoru Rahid Ələkbərli bildirib.
Onun sözlərinə görə, “Delta Telecom” şirkətinin internet provayderləri üçün beynəlxalq kanalların kirayə qiymətini aşağı salması buna xidmət edəcək.
Ələkbərlinin fikrincə, sonuncu istifadəçilər üçün provayderlərin təklif etdiyi xidmətin qiymətinin azaldılması və onlar tərəfindən təklif olunan trafikin artırılması ilə yanaşı, kirayənin qiymətinin aşağı salınması portların sayına da təsir edəcək ki, onlar əhəmiyyətli dərəcədə artacaq.
Hazırda Azərbaycanda genişzolaqlı internetin yayılma səviyyəsi internet xidmətləri istifadəçilərinin ümumi həcminin 30 faizini təşkil edir ki, bu da respublika əhalisinin 50 faizi deməkdir.
05/09/11 Çap et