Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İKT bölgələrin inkişafına təsir edir
Azərbaycanda həyata kemçirilən bir sıra proqramlarla yanaşı informasiya kommunikasiya texnologiyalarının əhatə dairəsinin genişlənməsi, İKT infrastrukturunun ən ucqar nöqtələrə qədər aparılması istiqamətində fəaliyyətin ortaya qoyulması regionların da inkişafına müsbət təsir edir.
Bu barədə mətbuata açıqlama verən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov bildirib ki, Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır. O qeyd edib ki, Prezident İlham Əliyevin gərgin əməyi və əzmkarlığının nəticəsi olaraq hazırlanan və həyata keçirilən bu mükəmməl proqram Azərbaycanın son 12 ildə ən mütərrəqi islahatları reallaşdıran ölkə statusuna malik olmasını da şərtləndirib:
“Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları ” elmi-iqtisadi-nəzəri mahiyyətinə görə, fundamental strateji inkişaf konsepsiyası sayılmaqla, bölgələrin tarazlı və yüksək inkişafını təmin edən, ölkəmizin iqtisadi-siyasi doktrinasının başlıca məzmununu təşkil edir. Qeyd etmək yerinə düşər ki, regionların inkişafını özündə ehtiva edən bu proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, itstehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsinə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılmasına yol açıb. Bundan başqa bu Dövlət proqramlarında investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb. Dövlətin inkişafı və zənginləşməsi son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb olur”.
A.Badamov b8ildirib ki, 2013-2018-ci ili əhatə edən Dövlət proqramında respublikamızın yeni inkişaf mərhələsinə qədəm qoyması, yeni meyarların, texnoloji dəyişikliklərin, mühüm iqtisadi-sosial çağırışların meydana çıxması və buna uyğun olaraq daha pozitiv addımların atılması nəzərdə tutulur. 2013-2018-ci illərə dair regional inkişaf proqramı yeni dövrün iqtisadi reallıqları, Azərbaycanın qarşısında duran yeni çağırışları özündə əks etdirir.
SEYMUR
10/01/15 Çap et