Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yatmazdan əvvəl elektron qurğulardan istifadə sağlamlıq üçün ziyandır


Harvard Tibb Məktəbinin himayəsi altında fəaliyyət göstərən ABŞ xəstəxanasının mütəxəssisləri müəyyən ediblər ki, gecələr işığı şüalandıran planşet və elektron kitablar vasitəsi ilə qiraət insanın sirkad ritmini pozmaqla onun yuxuya getməsini çətinləşdirir və ümumilikdə sağlamlığa mənfi təsir göstərir.
 
Tədqiqatın başlıca məqsədi elektron və klassik kağız kitabların oxunmasının orqanizmə bioloji təsirinin müqayisəsi olub. Müəyyən olunub ki, planşet ekranlarından çıxan mavi işıq sirkad ritmləri pozur: insan gec yuxuya gedir, axşamlar yuxusu gəlmir, ən əsası isə onda melatonin az yaranır. Nəticədə səhər belə insan dünən adi kitab oxuyan şəxslə müqayisədə özünü az gümrah hiss edir.
 
Sınaq zamanı 12 iştirakçı 5 gecə ardıcıl olaraq 4 saat ərzində yatmazdan əvvəl elektron kitab, daha sonra 5 gecə ardıcıl adi kitab oxuyub. Növbəti mərhələdə onların müqayisəsi aparılıb. Nəticəyə görə, elektron kitabların sağlamlığa ziyanın əsas səbəbi işıqlandırmanın zəif olmasıdır.
 
Bu, bir müddət əvvəl Yaponiya alimləri tərəfindən aparılan tədqiqatda da öz təsdiqini tapıb. O zaman yatmazdan əvvəl televizora baxan və ya internetə daxil olan insanların yuxusuzluqdan əziyyət çəkməsi aydın olub. Yuxusuzluq problemi ilə üzləşən 5875 yaponiyalının vərdişinin öyrənilməsi göstərib ki, onların təxminən yarısı yatmazdan əvvəl elektron qurğulardan istifadə edib. Məhz bu, onların çox kifayət qədər yatmasına baxmayaraq yuxusuzluq effektinə səbəb olur, -  “Vokrug sveta” yazır.
 




12/01/15    Çap et