Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“KÜR” Mingəçevirdə “Acer” kompüterləri istehsal etmək niyyətindədir


Azərbaycanın kompüter texnika istehsalçısı “KÜR” şirkəti Tayvanın “Acer Inc.” şirkəti üçün Mingəçevirdə kompüter texnikası istehsal etmək niyyətindədir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu ayın sonuna kimi “KÜR” ilə “Acer” arasında bu mövzuda aparılan danışıqların nəticələri müəyyən ediləcək. İstehsal ediləcək avadanlıqlar “Intel” korporasiyasının prosessorları və çipləri üzərində hazırlanacaq.

Hazırda “KÜR” müxtəlif geniş çeşiddə məhsul istehsal edir, onların arasında antivirus proqramları, stasionar telefonlar, DVB-T, ADSL modemlər, fotoprinterlər, “NComputing L300” və s. var.
 
Aynur Vəliyeva




12/01/15    Çap et