İcazələrin elektron informasiya portalından istifadə edənlərin sayı 325 mini ötüb
Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış “
www.icazeler.gov.az” portalının xidmətlərindən 2014-cü ilin dekabr ayında 9800-dən çox, indiyədək isə 325 mindən artıq internet istifadəçisi faydalanıb.
Nazirlikdən verilən məlumata görə, dekabrda portalın xidmətlərindən yerli istifadəçilərlə yanaşı, xarici ölkələrdən, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Özbəkistan və Hollandiyadan olan istifadəçilər də yararlanıblar.
Xatırladaq ki, portal icazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılıb.
Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri icazələrin elektron informasiya portalında yerləşdirilir. Dekabr ayında portalda İqtisadiyyat və Sənaye Nazirliyinin 1 qanunvericilik aktının layihəsi, indiyədək isə 20 dövlət qurumunun 145 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.
CAHANGİR