Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” “Windows 7” platformasının əsas dəstəyini dayandırır
13 yanvar 2015-ci il tarixində populyar “Windows 7” əməliyyat sisteminin (ƏS) əsas dəstəyi dayandırılacaq. Bu gün “Microsoft” şirkəti ƏS-nin geniş dəstək mərhələsinə keçəcək. Ev istifadəçiləri artıq yalnız təhlükəsizlik və kritik boşluqlar üzrə yenilənmələr yükləyə biləcəklər.
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, geniş dəstək mərhələsinə keçid o deməkdir ki, əməliyyat sistemində hər hansı yenilik olmayacaq, platformanın interfeysi, həmçinin dəyişməz qalacaq. “Windows 7” platformasının geniş yeniləməsi “Microsoft”un əlavə razılaşma imzalamış biznes kliyent və təşkilatlarına veriləcək.
2014-cü ilin dekabrına görə, “Windows 7” ƏS-nin bazar payı 56,26 faiz təşkil edib, 18,26 faiz göstəriciyə malik “Windows XP” platforması ikinci yeri tutub. “NetApplications” tədqiqat şirkətinin məlumatına görə, 2014-cü ilin sonunda “Windows” ƏS-nin ümumi payı 91,45, “OS X”-də 7,21, “Linux”da isə 1,34 faiz təşkil edib.
Emil Hüseynov
12/01/15 Çap et