Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ötən il elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 6,4 milyon manat olub


Ötən il ərzində ölkədə həyata keçirilən elektron ticarətin həcmi 6,4 milyon manat təşkil edib.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2014-cü ildə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2013-cü ilə nisbətən 2,4 dəfə artıb. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 91,3 faizini hüquqi şəxslərin, 8,7 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb.
 
Elektron ticarət dövriyyəsinin 94,6 faizini qeyri-ərzaq malları təşkil edib.
 
CAHANGİR




13/01/15    Çap et