Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Alibaba” Cənubi Koreyada logistika mərkəzini maliyyələşdirmək niyyətindədir


Çinin  “Alibaba” şirkəti Cənubi Koreyanın İnçxou şəhərinin rəhbərliyi ilə biznes mərkəzinin yaradılmasına 923 milyon dollar həcmində sərmayə qoyulması ilə bağlı danışıqlar aparır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkət ilə şəhər administrasiyası bu layihəni bərabər şərtlərlə maliyyələşdirəcəklər.
 
 Layihə çərçivəsində ticarət mərkəzi, otelin və logistika mərkəzinin yaradılması nəzərdə tutulur.

"Alibaba Group” Cənubi Koreya bazarında böyük potensial görür və sərmayə qoyuluşu bazarda iştirakının artırılmasına və biznesin inkişafına yönəldilib.
 
Aynur Vəliyeva




13/01/15    Çap et