Avropa İttifaqı DİN rəhbərləri internet provayderləri xüsusi xidmət orqanlarına terrorizmlə mübarizədə köməyə çağırıb
Yanvarın 11-də Parisdə keçirilən iclasda Avropa İttifaqı (Aİ) ölkələrinin daxili işlər nazirləri internet provayderləri hüquq-mühafizə və xüsusi xidmət orqanlarına terrorizmlə mübarizədə daha fəal köməyə çağırıb.
Nazirlərin birgə bəyanatında qeyd olunur ki, hazırda internetdən nifrət və daxili müharibələrin qızışdırılması üçün istifadə halları kəskin artıb. Bununla əlaqədar terrorçuluq fəaliyyətinə sövq edən materiallar haqqında informasiyanın verilməsi və dərhal onların silinməsi məqsədilə nəhəng internet xidmətləri provayderləri ilə əməkdaşlığa zərurət yaranıb.
Bununla yanaşı, Böyük Britaniya Mühafizəkarlar Partiyasının üzvü və ölkənin keçmiş müdafiə naziri “The Telegraph” nəşrində Britaniya xüsusi xidmət orqanlarına daha çox səlahiyyət verməyə səsləyib. O qeyd edib ki, çoxlu internet resursunun olmasını nəzərə alaraq dövlət xüsusi xidmət orqanlarının sadə vətəndaşların təhlükəsizliyinin təmini üçün lazım olan bütün informasiyaya çıxışa ehtiyacı var.
Öz növbəsində ABŞ Administrasiyası fevralın 18-də islamçı terror qruplaşmaları ilə mübarizə üsullarına həsr olunan iclas keçirəcəyini açıqlayıb, - "
SecurityLab” yazır.