Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda verilmiş elektron imzaların sayı 28,5 mini keçib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi elektron imza vəsiqələri barədə 31 dekabr 2014-cü il tarixinə olan statistik məlumatı açıqlayıb.
Ölkə üzrə əldə olunan elektron imza sertifikatları 28579 ədəd təşkil edib: “Artıq dövlət qurumlarına 17113 elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 4838-ə çatıb. Vətəndaşlar isə 6628 sertifikat əldə ediblər”.
Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.
CAHANGİR
13/01/15 Çap et