Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Həddindən çox “selfi” çəkənlərin psixoloji problemləri var
Ohayo Universiteti tərəfindən keçirilmiş tədqiqata əsasən məlum olub ki, tez-tez öz fotoşəkillərini dərc edən kişilər psixoloji problemə malikdir.
Belə ki, fotoşəkilləri redaktə edən, filtr seçən və ya hər hansı başqa üsulla emal edən kişilər adətən narsisizmdən əziyyət çəkir, amma sadəcə çoxlu “selfi” dərc edən, amma onları redaktə etməyən kişilərdə psixopatiya orta səviyyədən yuxarıdır.
"ICTnews" elektron xəbər xidməti “apptractor.ru” saytına istinadən bildirir ki, psixoloqların qənaətincə, bu heç də o demək deyil ki, öz şəklini çox çəkən insanlar psixopatdılar. Onların narsisizm və psixopatiya səviyyəsi normaya yaxındır, sadəcə ortadan yuxarıdır.
Məlumat üçün bildirək ki, sosial davranış üzrə tədqiqatda ABŞ-da 18-40 yaş aralığında 800 kişi iştirak edib.
Emil Hüseynov
13/01/15 Çap et