Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Britaniyanın baş naziri messencerlərə qadağa qoyulacağını istisna etmir
Böyük Britaniyanın baş naziri Devid Kemeron deyib ki, messencer yaradıcıları müştərilər haqda məlumat ötürməkdən və onların yazışmasını xüsusi xidmət orqanlarına verməkdən imtina etsələr, onda bu kimi tətbiqlərə qadağa qoyulacaq. Bu haqda “The Independent” qəzeti yazıb.
"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, Nottinqemdə çıxış edən Kemeron bildirib ki, o, yenidən baş nazir seçildiyi halda messencer yaradıcıları müştərilərin yazışmasını Daxili İşlər Nazirliyi və başqa hüquq-mühafizə orqanlarına verməsə, o zaman bu kimi tətbiqlərin işinə qadağa qoyacaq.
Bu halda Kemeron deyib ki, yalnız zəruri halda və yalnız daxili işlər naziri tərəfindən imzalanmış müvafiq order olduğu halda informasiyanın ötürülməsi haqda sorğu hazırlanacaq.
Beləliklə, Devid Kemeron yenidən baş nazir seçilsə, Böyük Britaniya ərazisində “WhatsApp”, “iMessage”, “Snapchat” və başqa messencerlər qadağan oluna bilər.
Emil Hüseynov
14/01/15 Çap et