Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Play” onlayn mağazası tətbiqlərin sayına görə “App Store”ni qabaqlayıb


Mobil proqram bazarını təhlil edən “appFigures” tədqiqat firmasının hesabatına əsasən, 2014-cü ildə “Google Play” onlayn mağazası tətbiqlərin sayına görə “App Store”ni qabaqlayıb.

Ötən ilin sonunda “Android” proqram kataloqunda 1,43 milyon, halbuki “App Store” onlayn mağazasında 1,21 milyon mobil tətbiq var.

"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, eyni zamanda "alma" şirkətinin ekosistemi planşet kompüterləri üçün tətbiqlər baxımından “Android” mobil platformasını xeyli qabaqlayır, çünki “iPad” üçün tətbiqlərin sayı 500 mini ötür. Faktiki olaraq müasir planşet bazarını yaratmış “Apple” korporasiyası 2010-cu ildən bu seqmentdə liderdir. Ancaq son zamanlar istehsalçı rəqiblər tərəfindən təzyiqə məruz qalıb.

Analitiklər bildirir ki, 2014-cü ildə “Android” platforması üçün öz məhsullarını dərc etmiş tərtibatçıların sayı aktiv artıb. Hazırda “Google Play” onlayn mağazasında 388 min tərtibatçı qeydə alınıb, halbuki ötən ilin iyulunda onların sayı 293 min olub. 2014-cü ilin ikinci yarısında aktivlik artıb.

Emil Hüseynov
 




14/01/15    Çap et