Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi əlillik təyinatı prosesini asanlaşdırıb


Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi əlillik təyinatı prosesində aidiyyəti təşkilatlar arasında müvafiq məlumatların elektron şəkildə mübadiləsinə xidmət edir. Bu da həmin təşkilatlar arasında kağız arayışların daşınması praktikasına son qoyulmasına, nəticədə əlillik təyinatında məmur-vətəndaş münasibətlərinin minimuma enməsinə və şəffaflığın təmin olunmasına yönəlib.
 
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, bu fikirləri ƏƏSMN-in Şabran və Siyəzən rayonları üzrə 14 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) müasir tələblərə uyğun iş şəraitinə malik yeni inzibati binasının istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə nazir müavini Natiq Məmmədov deyib.
 
 
Nazir müavini bildirib ki, həmçinin sistem üzərində yaradılmış  elektron məlumat bazasına əlillik müayinəsinin nəticələri ilə bağlı məlumatlar daxil edilir. Bununla da hər hansı əlillik təyinatı ilə bağlı məlumatın aidiyyəti orqan tərəfindən məhz həmin bazadan elektron yolla əldə edilməsinə imkan yaranır. 
 
 
CAHANGİR
 




14/01/15    Çap et