Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” mobil telefon və televizor bölmələrini satmaq niyyətindədir


Yaponiyanın “Sony” şirkətinin baş direktoru Kazuo Hirai və onun müavinləri zərərlə işləyən mobil telefon və televizor bölmələrinin satılmasının mümkünlüyünü müzakirə edirlər.

2013-2014-cü maliyyə ilinin yekunları üzrə “Mobile Products & Communications” və “Imaging Products & Solutions” bölmələrinin maliyyə itkiləri 1 milyard dollar təşkil edib. Sonradan vəziyyətin düzəlməməsinə görə hazırda bu bölmələrə digər şirkətlərlə birlikdə investisiyaların yatırılması və ya onların satılması məsələsi nəzərdən keçirilir.

K.Hirainin baş direktor kimi əsas vəzifəsi şirkəti gəlirli etmək olsa da, “Sony” üçün martda başa çatacaq maliyyə ilinin yenidən zərərli olacağı gözlənilir. Belə ki, istehsalçının 1,9 milyard dollar məbləğində zərərlə üzləşəcəyi proqnozlaşdırılır.

2014-cü ilin fevralında “Sony” noutbuk istehsalı ilə məşğul olan “Vaio” bölməsini satıb və televizor bölməsini ayrıca şirkətə ayırıb. Struktur dəyişiklikləri nəticəsində 5 min nəfər işdən azad olunub, - "Lenta” yazır.




15/01/15    Çap et