Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Zukerberq sosial şəbəkələrin gələcəyi haqda proqnoz verib
“Facebook”un yaradıcısı Mark Zukerberq Kolumbiyanın paytaxtındakı çıxışı zamanı bildirib ki, 10 il sonra sosial şəbəkələrdə artırılmış reallıq texnologiyaları və daşınan texnologiyalardan geniş istifadə ediləcək.
"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, Zukerberq zaldan ona verilmiş suala (10 il sonra “Facebook” necə olacaq?) cavab verib. Mark yalnız “Facebook” deyil, ümumilikdə sosial şəbəkələrin gələcəyi ilə bağlı öz fikirlərini bölüşüb. Zukerberq deyib ki, sosial şəbəkələrdən istifadə edən insanların sayı xeyli artacaq, veb-messencerlər isə mesaj göndərməyə imkan verən mobil tətbiqlərlə müqayisədə daha az populyar olacaq.
Zukerberq daşınan texnologiyaların gələcəyi ilə bağlı hələ əmin deyil.
Xatırladaq ki, “Facebook”, həmçinin “Oculus Rift” virtual reallıq eynəyinin yaradıcısını satın alıb. Zukerberq bu qərarı belə izah edib ki, bu texnologiyalar internetin "gələcəyini" təşkil edir.
Emil Hüseynov
16/01/15 Çap et