Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Baktelekom” DATA-NET şəbəkəsini genişləndirəcək
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi "Bakinternet" internet xidmətinin yeni provayder platformasının qurulması artıq başa çatdırılaraq istismara verilməsi təmin edilib.
Bu barədə birliyin baş mütəxəssisi Elman Qədirov məlumat verib. Onun sözlərinə görə, yeni platformanın istifadəyə verilməsindən sonra Bakı şəhərində qlobal internet resurslarına çıxış sürəti yüksəlmiş, ən böyük yüklənmə saatında, onlayn rejimində abunəçilərin eyni vaxtda qoşulma səviyyəsi imkanlığı 180 minə çatdırılıb.
Yeni platforma qlobal internet şəbəkəsi ilə 100 Gbit/s sürətinə qədər informasiya mübadiləsi aparmaq imkanına malikdir. Platforma avadanlıqları bu sahədə qabaqcıl dünya təcrübəsinə malik şirkətin istehsalıdır.
Qeyd olunur ki, mövcud platformanın genişlənməsində əsas hədəflərdən biri də gələcəkdə Azərbaycanda internet şəbəkəsinin İP v4-dən daha geniş imkana malik IPv6 IP ünvan platformasına keçidini təmin etmək idi ki, bu da artıq öz həllini tapıb.
Hal-hazırda bütün dünyada IP v4 IP ünvan internet resurslarının çatışmazlığı ilə əlaqədar olaraq mərhələli şəkildə IP v4-dən IPv6 protokoluna keçirilməsi prosesi davam edir. Bu nöqteyi-nəzərdən Azərbaycanda ilkin olaraq "Bakinternet" internet provayderi öz platformasının gözlənilən dəyişikliyə hazırlığını artıq təmin edib.
Əlavə olaraq qeyd olunmuşdur ki, BTRİB şəbəkəsində telekommunikasiya və genişzolaqlı xidmətlərə olan tələbatın daha yüksək keyfiyyətlə ödənilməsi məqsədilə yaxın zamanlarda DATA-NET şəbəkəsinin də məlumat ötürmə imkanlığının artırılması, onun genişləndirilməsi nəzərdə tutulub.
RƏVAN
16/01/15 Çap et