Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sony” şirkəti Kanadadakı mağazalarını bağlayır
“Sony” şirkəti Kanadada yerləşən ticarət nöqtələrini bağlayır. Bu haqda “CTV” telekanalı məlumat verib.
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, yapon korporasiyasının Kanadada yerləşən nümayəndəliyindən bildiriblər ki, şirkətin Vankuver, Toronto, Ottava, Monreal və Kvebekdəki bütün 14 mağazası 6-8 həftə ərzində bağlanacaq. 90 əməkdaş ixtisar ediləcək.
“Sony” nümayəndələri öz pərakəndə nöqtələrinin bağlanma səbəbini açıqlamayıblar.
Bundan əvvəl “Sony” şirkəti Kanadada artıq bir neçə mağazasını bağlayıb.
Emil Hüseynov
16/01/15 Çap et