Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Symantec” hakerlərlə ABŞ aviaşirkəti texnologiyaları ilə mübarizə aparacaq


“Symantec” antivirus şirkəti hakerlərdən korporativ mühafizə vasitələrini təkmilləşdirmək məqsədilə aparıcı aviasiya və kosmik texnika istehsalçısı “Boeing” aviaşirkətinə yardım üçün müraciət edib.
 
Şirkət “Boeing”in kibertəhlükəsizlikdə ixtisaslaşan “Narus” bölməsinin məlumat emalı və təhlili üzrə 65 mühəndis və mütəxəssisini işə götürəcək. Bundan başqa, antivirus tərtibatçısı “Narus” texnologiyalarından istifadə hüququ əldə edəcək. Sövdələşmənin dəyəri barədə məlumat verilmir.
 
“Boeing” tərəfindən 2010-cu ildə satın alınan “Narus” xüsusi xidmət orqanlarının ehtiyaclarına görə internet kontentinin filtrasiyası üçün nəzərdə tutulan proqram təminatı istehsalçısıdır.
 
Sazişin şərtlərinə görə, “Narus” işçi heyətinin əksər hissəsi "Symantec” şirkətinə keçəcək. Antivirus tərtibatçısına keçən əməkdaşlar kibertəhdidlərlə mübarizə məhsullarının yaxşılaşdırılması üçün iritutumlu məlumatların (Big Data) analizi texnologiyası ilə məşğul olacaq, - "DailyComm www.dailycomm.ru” yazır. 




16/01/15    Çap et