Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnsanların həyatını xilas edəcək robot yaradılır
“SpaceX” və “Tesla Motors” innovativ şirkətlərinin rəhbəri İlon Mask insanın süni intellektdən qorunması məsələsinin öyrənilməsinə 10 milyon dollar ayırıb.
"ICTnews" elektron xəbər xidməti “Russian.rt.com” saytına istinadən bildirir ki, Mask deyib ki, robotların nəzarətdən çıxması nüvə silahının tətbiqindən daha təhlükəli ola bilər.
"Yaxşısı, belə hadisənin baş verməsini daha öncədən aradan qaldırmaq lazımdır ki, nəinki baş versin və bundan sonra cavab tədbiri görülsün – Mask hesab edir.
“The Verge” nəşri yazır ki, Maskın ayırdığı pul məbləği tədqiqatçılar arasında rəqabət əsasında qrant şəklində bölüşdürüləcək, bəşəriyyətin üzləşdiyi qlobal risklərlə mübarizə aparan Gələcək Həyat İnstitutu qeyri-kommersiya təşkilatı bu prosesə nəzarət edəcək.
Emil Hüseynov
16/01/15 Çap et