Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
NDU-da elektron imtahan sistemi uğurla tətbiq olunur
Naxçıvan Dövlət Universitetində (NDU) növbəti qış semestr imtahanları elektron qaydada keçirilir.
Universitetdən verilən məlumata görə, imtahan zallarında veb kameralar quraşdırılıb. Elektron təhsil şöbəsinin əməkdaşları imtahanlarda yaranan texniki problemləri yerindəcə həll edir.
Tələbələr müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandırır, nəzarətçilər tələbənin imtahanı başlamasını və bitirdiyini təsdiqlədikdən sonra, tələbə imtahan nəticələri ilə bağlı dərhal məlumat əldə edə bilir. Elektron imtahanların gedişində ciddi texniki problemlərə, neqativ hallara rast gəlinərsə, tələbənin şikayətinə baxılması və obyektiv həlli məqsədilə appelyasiya komissiyası yaradılır. Gələcəkdə imtahan fənlərini daha dolğun əhatə etmək məqsədilə sualların artırılması və təkmilləşdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, qış semestr imtahanları ərzində universitetin I, II və III kurslardan olan 3027 nəfər tələbəsi elektron test üsulu ilə 927 imtahan verəcək.
CAHANGİR

16/01/15 Çap et