Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“IBM” ildə 7 mindən çox patent alan ilk şirkət olub
Dünyanın aparıcı İT şirkətlərindən biri olan “IBM” ixtiraçıları ildə 7 mindən çox patent alan ilk şirkət olub.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, ötən il ərzində “IBM”-in ixtiraçıları gündə orta hesabla 20 patent alıblar. Onların arasında üç min bulud texnologiyaları, təhlil, mobil texnologiyalar, sosial biznes və təhlükəsizlik sahəsində aparıcı patentlər var.
Bundan başqa, “IBM”-in mühəndisləri “Watson” əsasında koqnitiv sistem texnologiyaları ilə bağlı ixtiralara görə 500-dən yuxarı patent əldə ediblər.
Aynur Vəliyeva
17/01/15 Çap et