Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Skype Azərbaycanın ərazi bütövlüyünü pozmaqda davam edir
İnternet-kommunikasiya sahəsində dünyanın ən populyar şirkətlərindən biri olan "Skype" yenidən Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi təqdim etməkdə davam edir.
Ödənişli zənglər siyahısında Qarabağ adı Ermənistan tarifləri arasında göstərilir: “Ermənistan-Dağlıq Qarabağ”-26,2 sent.
http://www.skype.com/intl/en/prices/payg-rates/#cc=AM
ANS PRESS-in oxucusu yanlışlığa yol verildiyi və Dağlıq Qarabağın Azərbaycana məxsus ərazi olduğunu sübuta yetirmək üçün “Skype” komandasına faktlarla təmin olunmuş məktub ünvanlayıb.
Oxucumuz məktubunda Dağlıq Qarabağın Azərbaycanın əzəli torpaqları olduğuna dair faktları beynəlxalq təşkilatların rəsmi bəyanat və sənədlərinə istinadən qeyd edib.
İlk olaraq Avropa Şurasının Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına dair link "Skype" komandasının diqqətinə çatdırılır:
http://www.coe.int/t/e/com/files/events/2003-04-Youth-conflicts/Nagorno_conflict-22.jpg
Bundan başqa, məktubda qurumun Siyasi Əlaqələr Komitəsinə istinadən silahlı əməliyyatların başlamasından, 20 ildən artıq vaxt keçməsinə baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin həll olunmayaraq qaldığı, bunun nəticəsində minlərlə insanın qaçqın və məcburi köçkünə dönməsi faktı vurğulanıb. Ərazinin etnik təmizlənməyə məruz qaldığı və hələ də separatçıların nəzarəti altında olduğu qeyd edilib.
http://assembly.coe.int/Documents/WorkingDocs/doc04/EDOC10364.htm
Daha sonra BMT-nin Azərbaycanın ərazi bütövlüyünü tanıması haqda faktlar diqqətə çatdırılır:
http://webapps01.un.org/vawdatabase/countryInd.action?countryId=171
Məktubda Xankəndinin, Dağlıq Qarabağın Azərbaycana məxsus olduğu, eləcə də qurumun rəsmi saytında Dağlıq Qarabağın erməni işğalı altında olmasına dair bəyanat öz əksini tapır:
http://www.un.org/apps/news/story.asp?Cr=general+assembly&Cr1=&NewsID=32329
Bu istiqamətdə hər birinizi fəal olmağa çağırırıq. Azərbaycanın ərazi bütövlüyünü ən azından internet şəbəkələrində bərpa etmək naminə hər birimiz bu şirkətin ünvanına contactus@skype.net
etiraz məktubu ünvanlaya bilərik. Bəlkə, bu yolla yanlışlıqlar aradan götürülər.
05/09/11 Çap et