Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”un dünya iqtisadiyyatına töhfəsi Portuqaliyanın ÜDM-nə bərabərdir


Bir neçə il ərzində "Facebook" universitet startapından dünyanın ən böyük sosial şəbəkəsinə çevrilib və dünya iqtisadiyyatına öz təsirini göstərib.
 
"Facebook"un sifarişi üzrə tədqiqat keçirmiş "Deloitte & Touche" konsaltinq şirkətinin analitiklərin qiymətləndirməsinə görə, 2014-cü ildə "Facebook"un qlobal iqtisadiyyata töhfəsi 227 milyard dollar olub və 4,5 milyon iş yeri yaradıb.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ötən ilin üç rübünün nəticəsinə görə sözügedən sosial şəbəkənin gəliri təxminən 8,6 milyard dollar təşkil edib.
 
"Facebook"un əməliyyat direktoru Şeril Sendberq deyib ki, dünyanın ən böyük sosial şəbəkəsi ən müxtəlif sahələri təmsil edən yeni şirkətlərin yaradılmasına kömək edir.
 
Sendberq "Facebook" vasitəsilə saç üçün aksessuarlar satmağa başlayan hindistanlı gənc qızlardan ibarət qrupu nümunə göstərib.
 
Emil Hüseynov




21/01/15    Çap et