Çində iqtisadi islahatlar genişləndirilib
Çinin Şanxay azad iqtisadi zonasında yeni iqtisadi islahatlar tətbiq olunub. Yanvarın 14-dən etibarən xarici investorlara elektron kommersiya şirkətlərinə sahib olmağa icazə verilib. Bu barədə Çinin “Xinhua” Dövlət İnformasiya Agentliyi məlumat verib. Yeni siyasət Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən elan edilib.
Bundan əvvəl xarici investorlara onlayn alış bazarına daxil olmazdan əvvəl Çində özünə yerli tərəfdaş tapmaqla səhmlərin maksimum 55 faizinə sahib olmağa icazə verilib.
2013-cü ilin sentyabrında istifadəyə verilən Şanxay azad iqtisadi zonası hazırda 12 mindən çox şirkəti, o cümlədən xarici maliyyələşmə ilə fəaliyyət göstərən 1677 müəssisəni birləşdirir.
Çin, həmçinin gələcəkdə Quandun, Futszyan və Tyantszin şəhərlərində üç yeni ticarət zonasının yaradılmasını planlaşdırır, -
"Telekomza” yazır.