Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Telekommunikasiya şirkətləri fırıldaqçılardan qorunmaq üçün biometrik texnologiyalardan istifadə edir


Ekspertlərin qiymətləndirməsinə görə, 2013-cü ildə dünyada fırıldaqçılıq nəticəsində maliyyə itkiləri 46,3 milyard dollar təşkil edib ki, bu da 2011-ci ildəkindən 15 faiz çoxdur və bu göstərici artım nümayiş etdirməkdə davam edir.
 
Bu yaxınlarda aparılan araşdırmaya görə, fırıldaqçıların fəallığının artmasının əsas səbəbi onların diqqəti simsiz rabitə sahəsinə yönəltməsidir. Bunun üçün onlar fərdi məlumatları oğurlamaq məqsədilə innovativ üsullardan istifadə edirlər.
 
Belə şəraitdə təhlükəsizlik üzrə ekspertlər məlumatların mühafizəsi sistemlərinin təkmilləşdirilməsi və yeni istifadəçi autentifikasiya alətlərinin hazırlanması üzərində çalışırlar. Xüsusilə, biometrik identifikasiya texnologiyaları populyarlaşır. Araşdırmada qeyd olunur ki, telekommunikasiya şirkətləri özlərini və abunəçiləri fırıldaqçılardan qorumaq məqsədilə tez-tez biometrik texnologiyalardan yararlanırlar.
 
Daha çox istifadə olunan texnologiyalardan biri səsin tanınması, eləcə də nitqin davranış aspektləri (məsələn, danışıq tonu) texnologiyalarıdır. Növbəti populyar həll sifətin profilin fotoşəkili ilə müqayisə edilməsidir. Bəzən kommunikasiya şirkətləri bir biometrik texnologiyanın istifadəsindən kifayətlənməyərək bir neçəsindən yararlanırlar.
 
Xatırladaq ki, ekspertlərin proqnozuna görə, növbəti beş ildə biometrik texnologiyalar bazarında sürətli artım olacaq, - "Payspacemagazine yazır.




21/01/15    Çap et