Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan və Almaniya arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi


Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfəri çərçivəsində Bundestaqın deputatları və Almaniya-Azərbaycan Forumunun üzvləri ilə görüşüb.
 
Görüş zamanı Azərbaycan Prezidenti ilə görüşün, Azərbaycanla Almaniya arasında siyasi, iqtisadi, mədəni, elm və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri baxımından əhəmiyyəti qeyd olundu.
 
Görüşdə Azərbaycanla Almaniya arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Bu forumla Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın olduğu, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün fikir mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd edildi.
 
Həmçinin görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hüquq və norma prinsiplərinə əsaslanan ədalətli mövqeyi barədə ətraflı məlumat verdi və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğuladı.
 
Azərbaycan və Almaniya arasında enerji sahəsində əməkdaşlıq, iqtisadi əlaqələr, informasiya texnologiyaları, tibb sahəsində əməkdaşlıq, Azərbaycan iqtisadiyyatında Almaniyanın yeni şirkətlərinin iştirakı, Azərbaycanla Almaniya arasında parlamentlərarası əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də Avropa Şurası, Avropa İttifaqı, "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edildi.
 
Azərbaycan ilə Avropa Parlamenti, Avropa Şurası və bir sıra Avropa qurumları arasında əlaqələr ətrafında fikir mübadiləsi aparılıb. Bildirildi ki, Azərbaycana qarşı ədalətli münasibət sərgilənərsə, əməkdaşlıq daha da möhkəmlənər.





21/01/15    Çap et