Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qırğızıstan şirkəti Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə rouminq razılaşmasını dayandırdı


Azərbaycanın Qırğızıstandakı səfirliyinin müdaxiləsi nəticəsində “O!” ticarət markası adı altında Qırğızıstan Respublikasında fəaliyyət göstərən “Nur Telecom” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə rouminq razılaşması dayandırılıb.  
 
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, “Nur Telecom” şirkəti tərəfindən Azərbaycanın Qırğızıstandakı səfirliyinə 20 yanvar 2015-ci il tarixində ünvanlanmış məktubda şirkətin internet saytında verilmiş düzgün olmayan məlumata görə təəssüf ifadə olunur və bunun  aradan qaldırılması üçün 19 yanvar 2015-ci il tarixində şirkət tərəfindən təxirəsalınmaz tədbirlərin görüldüyü bildirilir. 
 
“Bu məsələdə fəal vətəndaş mövqeyi nümayiş etdirmiş Azərbaycan Respublikasının vətəndaşı Azayev Vüsal Samidağa oğluna da öz təşəkkürümüzü bildiririk. Azərbaycan Respublikasının Qırğızıstandakı səfirliyinin müdaxiləsi nəticəsində 2013-cü ildə Qırğızıstanda fəaliyyət göstərən “Megacom” və BİTEL mobil operatorlarının da Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” şirkəti ilə rouminq razılaşmaları dayandırılıb”, - deyə H. Hacıyev bildirib.
 
RƏVAN
 




21/01/15    Çap et