Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ istehsalçısı 2015-ci il üçün proqnozlarını açıqlayıb


2015-ci ildə şirkətlər “Əşyaların interneti” vasitəsilə əldə olunan iritutumlu məlumatların öhdəsindən gəlməli və kibertəhlükəsizliyə daha çox diqqət yetirməlidirlər. Bu barədə “Microsoft” korporasiyasının 2015-ci il üçün proqnozunda deyilir.
 
Bildirilir ki, bu il “Əşyaların interneti” əsas istiqamət olacaq. Bundan başqa, ən yeni texnoloji məhsullar şirkətlərə binalarda, “bulud” texnologiyalarında və mobil qurğularda təhlükəsizliyi artırmağa kömək edəcək. “Məsələn, kredit kartlarının buraxılışına - ABŞ-ın “EMV” çip kartlarına keçidinə daha sərt tələblər nəzərdə tutulur”, - "Microsoft” nümayəndəsi Syuzan Hauzer deyib.
 
Keçidin şərtlərinə görə, 2015-ci ilin oktyabrından sonra ABŞ-da “EMV” standartı ilə uyğunluq təşkil etməyən qurğulardan istifadə edən ticarətçilər avtomatik olaraq bütün fırıldaqçılıq əməliyyatlarına görə məsuliyyət daşıyır. ABŞ korporasiyasının proqnozuna görə, 2015-ci ildə çipli kartların hər yerdə tətbiqi müasir kart texnologiyalarına və POS qurğulara kütləvi keçidə səbəb olacaq.
 
“Deloitte” analitik agentliyinin proqnozuna görə, 2015-ci ildə mobil ödənişlərin həcmi ən yüksək həddə çatacaq, - "Payspacemagazine yazır.




21/01/15    Çap et